Dayaq-hərəkət pozuntularının bərpası

  • Əsas
  • Dayaq-hərəkət pozuntularının bərpası
Image
İnsanın dayaq-hərəkət aparatı – sümük-əzələ sistemi, bədənin dayağını və məkanda hərəkət etməsini, həmçinin bədənin ayrı-ayrı hissələrinin və orqanlarının (başın, ətrafların və s.) hərəkətini təmin edən sümüklərdən, oynaqlardan, əzələlərdən, onların sinir törəmələrindən ibarət olan vahid kompleksdir. Bu kompleks daim nəhəng yüklənmələrə məruz qalır. Dayaq-hərəkət aparatın hər hansı hissəsinin xəstəliyi və zədələnməsi halında bütün orqanizmin dinamikası və statikası pozulur, çox vaxt daxili orqanların işi də pozulur.

Dayaq-hərəkət aparatın pozuntuları, yayılma dərəcəsi üzrə yalnız ürək-damar xəstəliklərindən geridə qalır. Əksər insanlar oynaq və ya onurğa problemləri ilə rastlaşır. Bu arada son onillikər ərzində bu xəstəliklər daha çox cavanlarda müşahidə olunur. Bunun səbəbi azhərəkətli həyat tərzidir: biz piyada az gəzirik, vaxtımızın çoxunu kompüter arxasında keçiririk və idmanla məşğul olmuruq. Lakin həddindən artıq fiziki yüklənmələr də sağlamlıq üçün zərərlidir, çünki travmalarla nəticələnə bilər.

Dayaq-hərəkət pozuntularının müalicəsi – hər bir hal üçün fərdi olaraq seçilən bir sıra tədbirlər kompleksidir. Bügünkü gündə dayaq-hərəkət aparatın müalicəsində medikamentlər geniş istifadə olunur. Müalicənin təsirli olması üçün xəstə təyin olunmuş rejimiə riayət etməli və xüsusi pəhriz saxlamalıdır. Həmçinin çox vaxt müxtəlif fizioterapevtik prosedurlar təyin edilir. Zədələnmiş oynaqların hərəkətliliyini bəpra etməli olduqda müalicəvi gimnastika həmçinin öz nəticələrini göstərir. Uzun illər ərzində, dərman elektroforezi, qalvanizasiya, elektrostimulyasiya, ultrasəslə müalicə və maqnit terapiyası kimi metodlar özünü təsdiq etmişdir.

Bütün bunların kompleks şəklində keçirilməsi, oynaqların, əzələlərin və bağların funksiyalarını xeyli tez bərpa etməyə imkan verəcək. Sizi maraqlandıran hər hansı informasiyanı əldə etmək üçün 404-83-10/11 seriya telefonlarına zəng edərək qeydiyyatçıya müraciət edə bilərsiniz. Biz Sizin istənilən suallarınıza cavab verməyə və Sizi bizim mütəxəssislərimizin qəbuluna yazmağa şad olarıq.