Unikal bazanın, çoxlu sayda ixtisaslaşdırılmış mütəxəssislərin mövcudluğu, şəxsi metodikalardan və beynəlxalq kliniki protokollardan istifadə edərək vəziyyətlərin və xəstəliklərin xeyli miqdarını dərmansız terapiya metodları ilə müalicə etməyə imkan verir. Bizim həkimlərimizin təcrübəsi bir çox xəstəliklərin (hipertoniya xəstəliyini, bronxial astma, şəkərli diabet və s.) müxtəlif qeyri-dərman müalicə və profilaktika metodlarından istifadə etməyə imkan verir:
- pəhriz,
- tənəffüs gimnastikası,
- möhkəmlənmə,
- masaj,
- fizioterapiya,
- refleksoterapiya,
- qeyri-spesifik hipoksik stimulyasiya və s.
Bu metodikalar xəstəliyin simptomlarını yüngülləşdirməyə imkan verir, terapiyanın effektivliyini artırır, preparatlara olan tələbatı azaldır. Kompleks terapiyada psixoloqun köməyi böyük əhəmiyyət kəsb edir. Psixokorreksiya, tətbiq edilən dərman və dərmansız terapiyanın təsirlərini gücləndirir. Dərmansız amillərin aktiv cəlb etməsi ilə birlikdə kompleks terapiya, bərpa prosesini sürətləndirir və əldə edilmiş nəticələri möhkəmləndirir.