• Telefon
    +994 (12) 404-83-10/11
  • İş Saatları
    Bazar ertəsi – Şənbə 08:00 - 20:00
  • Ünvan
    Olimpiya küç., 4A, Bakı, Azərbaycan

Digər müayinə metodları

  • Əsas
  • Digər müayinə metodları
Image
Bizim institutumuzda, pasiyentlərimizin aparat və laborator  müayinəsinin kifayət qədər geniş spektri tətbiq edilir. Biz, öz işimizdə  optik  təhlil, stabilometrik nəzarət tətbiq edir, ürək və xarici tənəffüs orqanlarının işinin göstəricilərini monitorinq edirik, bizim mütəxəssislərimiz ciddi radiolojı diaqnostika keçirirlər. Kompleks müayinə, sadə rəylərlə müqayisədə, bir çox hallarda  daha dəyərli informasiya əldə etmək imkanı verir.

Geniş fənlərarası yanaşma – bizim, təkzibolunmaz üstünlüklərimizdən biridir. Diaqnostika, müalicənin təyin edilməsi zamanı və terapiyanın nəticələrinə nəzarət prosesində böyük məna kəsb edir. Bizdə müasir yüksəktexnologiyalı avadanlıq quraşdırılmışdır ki, bu da bizim pasiyentlərimizin vəziyyətinin  qiymətləndirilməsində və yaxın və uzaq müddətlər üçün  proqnozda kömək edir.
  • Rentgen müayinəsi

    Rentgen tədqiqatı bir çox xəstəliyin diaqnozunu qoymağa imkan verən şüa diaqnostikasının ən sadə və məşhur metodikalarından biridir. Bizim institutumuz, rentgenoqrafik tədqiqatların istənilən növünü həyata keçirməyə imkan verən rəqəmli rentgen avadanlığı ilə təchiz edilmişdir. Bu halda şüalanma dozası, ənənəvi rentgenoqrafiya ilə müqayisədə, xeyli aşağı, şəkilin keyfiyyəti isə daha aydın olacaq. Tədqiqatın nəticələri çəkiliş təbəqəsində və ya diskdə təqdim edilə bilər. Rentgen-tədqiqatı, təhlükəsizlik normalarına riayət olunmaqla və fərdi müdafiə vasitələrinin istifadəsi ilə, bunun üçün xüsusi olaraq ayrılmış kabinetdə yerinə yetirilir. Tədqiqat zamanı pasiyent rəfin qarşısında (şaquli vəziyyətdə) və ya rentgen masasında (üfüqi vəziyyətdə) yerləşə bilər, burada hər şey müayinə olunacaq sahədən asılı olacaq. Bəzi müayinə növlərinə xüsusi hazırlıq tələb olunur.
    Tədqiqatın köməyi ilə aşağıdakı simptomları və xəstəlikləri aşkar etmək olar:
    yad cisimlər;
    sümük-oynaq sisteminin iltihabi, travmatik, şiş xəstəlikləri;
    ağciyər xəstəlikləri;
    süd vəzilərində xoş xassəli və bəd xassəli yenitörəmələri;
    burun ətrafı ciblərdə iltihabi və qeyri-iltihabi xəstəliklər;
    nefrolitiaz, sidikqovucu yolların inkişafının anomaliyaları;
    dişlər, gicgah-aşağı çənə oynaqların vəziyyətini qiymətləndirmək;
    kəskin cərrahi vəziyyətlər halında (kəskin bağırsaq keçilməzliyi) təcili rentgen-diaqnostika və s.
    Pasiyentin yerləşdirilməsi, skan edilməsi və nəticələrin işlənilməsi ilə birlikdə prosedur orta hesabla 5-10 dəqiqə davam edir. Qarın boşluğunun kontrast maddə ilə müayinəsi zamanı 2 gün tələb olunur.
    Pasiyentin qəbul etdiyi doza rəqəmli tədqiqat zamanı təbəqənin üzərinə proyeksiyalama rejimlərindən xeyli aşağıdır. Lakin biz, bütün fərdi müdafiə vasitələrinə malikik.
    Garın boşluğun rentgenoskopiyası
    Mədə və 12 barmaq bağırsağın kontrast rentgenoqrafiyası
    Qarın boşluğunun rentgenoqrafiyası (ümumi baxış)
    Çanaq sümüklərinin düz pr-sı rentgenoqrafiyası
    Bud sümüyünün rentgenoqrafiyası
    Diz oynağının rentgenoqrafiyası
    Ayaqdaraqarxası və ayaqdarağının rentgenoqrafiyası
    Dirsək oynağının rentgenoqrafiyası
    Pəncənin rentgenoqrafiyası
    Aşıq oynağının rentgenoqrafiyası
    Biləyin qayığabənzər sümüyünün rentgenoqrafiyası
    Əlin rentgenoqrafiyası
    Bazu nahiyyəsinin rentgenoqrafiyası
    Baldırın rentgenoqrafiyası
    Ortodontiya üçün əl barmağlarnın rentgenoqrafiyası
    Daban sümüyünün rentgenoqrafiyası
    Bud-çanaq oynağının rentgenoqrafiyası - düz pr-sı
    Çiyinin rentgenoqrafiyası
    Döş qəfəsinin 1 pr rentgenoqrafiyası
    Yuxarı çiyin qurşağının rentgenoqrafiyası
    Diafraqmanın rentgenoqrafiyası
    Süd vəzisinin ümumi baxış rentgenoqrafiyası - düz pr-sı
    Döş qəfəsinin düz proyeksiyada rentgenoqrafiyası
    Döş qəfəsinin Rg-qrafiyası, -skopiyası
    Döş qəfəsinin məqsədyönlü rentgenoqrafiyası
    Döş qəfəsinin yan proyeksiyada rentgenoqrafiyası
    Süd vəzisinin ümumi baxış rentgenoqrafiyası - çəp pr-sı
    Onurğa sütununun döş şöbəsinin rentgenoqrafiyası
    Oma sümüyünün rentgenoqrafiyası
    Onurğa sütununun bel nahiyəsinin rentgenoqrafiyası
    Onurğa sütununun boyun şöbəsinin rentgenoqrafiyası
    Büzdümün rentgenoqrafiyası
    Gicgah sümüyünün rentgenoqrafiyası
    Türk yəhərinin rentgenoqrafiyası
    Məməbənzər çıxıntının rentgenoqrafiyası
    Kəllənin rentgenoqrafiyası
    Burun ciblərinin rentgenoqrafiyası
    Burun sümüklərinin rentgenoqrafiyası
    Çiyin oynağının rentgenoqrafiyası
    Dİrsək, mil bilək oynağının rentgenoqrafiyası
    Körpücük sümüyünün, qabırğaların, akromial-körpücük sümük birləşməsinin Rg-qrafiyası
    Qalça sümüyünün Rg-qrafiyası
    Ayaq barmaqlarının Rg-qrafiyası
    İriqoskopiya
    Oturaq sümüyünün Rg-qrafiyası
    Əl barmaqlarının Rg-qrafiyası
    Oma-qalça bitişməsinin, çiyinin və budun (iri oynaqların) rentgenoqrafiyasıoyeksiyada

  • Elektromioqrafik (EMQ, ENMQ) müayinə

    Elektromioqrafiya  bədənimizdəki  sinir  və  əzələlərin vəziyyətini dəyərləndirməyə imkan verən bir metoddur.  
    Əl və ya ayaqda  keyləşmə,  zəiflik, əzələ kütləsində azalma və  səyrimələr zamanı  ən informativ  diaqnostik metod - Elektromioqrafik  (EMQ)  müayinədir.
    EMQ  ilə  sinir və əzələlərdə zədələnmənin olub olmadığı, zədələnmə  varsa hansı  dərəcədə olması dəqiqləşdirilir. 
    Müayinə  zamanı xəstəni rahatsız  etməyəcək şəkildə  elektrik axını istifadə edərək sinirlərin implusları ötürmə qabiliyyətinə baxılır. Bunun üçün  barmaqlara və sinirlərin üzərindəki dəri səthinə müəyyən nöqtələrdən stimul verilir və başqa bir bəlli nöqtələrdən  bu siqnallar müasir komputer texnologiyası ilə analiz olunur. Bu şəkildə sinirlərin necə çalışması  öyrənilir. Əzələlərin müayinəsi  incə ölçüdə xüsusi steril birdəfəlik iynələrin əzələ daxilinə  daxil edilməsi ilə aparılır.
     
    Aşağıdakı hallarda elektromioqrafik (EMQ) müayinə göstərişdir ;
    - Sinir yaralanmaları (sinir kəsilməsi,yol nəqliyyat hadisələri və s.nəticəsində)
     -    Sinir sıxışmaları (daha çox bilək və dirsək nahiyəsində  rast gəlinən karpal və kubital tunel sindromu  və s.)
     -    Əsasən boyun və bel yırtıqlarına bağlı yaranan radikuliopatiyaların diaqnostikası
    -    Sinirlərin  normal  çalışmasını pozan xəstəliklərin (şəkərli diabet, böyrək xəstəlikləri   və s. ) sinirlər üzərindəki təsirinin öyrənilməsi,
     -     üz  siniri periferik iflicinin diaqnozu və sonrakı gedişatının  izlənilməsi 
    -     əzələ və sinir-əzələ  xəstəliklərinin diaqnostikası (miasteniya,miopatiiya və s.)
     -     Əzələ atrofiyaları, gücsüzləşmə ilə  müşahidə olunan  xəstəliklərin (motoneyron xəstəlikləri, o cümlədən yan amiotrofik sklerozun və s.)  aşkarlanamsı