• Telefon
    +994 (12) 525-83-07/09/10
  • İş Saatları
    Bazar ertəsi-Cümə 08:00 - 20:00
  • Ünvan
    Olimpiya küç. 4A, Bakı, Azərbaycan

Elektroterapiya və fototerapiya

  • Əsas
  • Elektroterapiya və fototerapiya
Image
Elektromüalicə termini müalicə məqsədi ilə orqanizmə elektrik cərəyanlarının, maqnit və ya elektromaqnit sahələrin dozalarla təsirinin tətbiqi nəzərdə tutulur. Elektroterapiyaya qalvanizasiya, darsonvalizasiya, diametriya, maqnit terapiyası və s. aiddir. Elektroterapiya avadanlığı, cihazları və aparatları elektriklə müalicə təsirinin müxtəlif növlərini modelləşdirə bilər.

Maqnit terapiyası – fasiləsiz və ya fasiləli rejimlərdə, sabit və ya dəyişən aşağı tezlikli maqnit sahəsi (müvafiq olaraq, SMS və ya DəMS) vasitəsi ilə təsirdir. MS-in təsiri əsasında qanın hüceyrə və qeyri-hüceyrə komponentləri, onun laxtalandırıcı sistemi və damarların endotelisi (prostoqlandinlərin sintezi), oksidləşdirici-bərpaedici proseslərin dəyişilməsi, neyro-endokrin sisteminin bəndlərində yenidən qurma - endokrin vəzilərinin - hədəflərin (hormonların ifrazı), metabolik reaksiyaların aktivləşməsi, auto-anticisimlərin səviyyəsinin artması, qanın reoloji xüsusiyyətlərinin dəyişilməsi, mikrosirkulyasiyanın yaxşılaşması dayanır.

Fototerapiya müntəzəm əsasda və həkimin müşahidəsi altında işıq şüaları ilə dəriyə təsir təşkil edir. Fototerapiya üçün avadanlıqda xüsusi lampalar və ya lazerlər istifadə olunur:

- ultrabənövşəyi şüalanma (180-400 nm)
- infraqırmızı şüalanma (650-2000 nm)
- görünən şüalanma (400-760 nm)

İşığın spektri: qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. 
Şüalanmanın hər növü tətbiqə xüsusi göstərişlər və təsirin metodikalarına malikdir. Fototerapiya prosedurları həkim tərəfindən təyin olunmalı və mütəxəssisin müşahidəsi altında keçməlidir.