DTM-nin aparılması əsas proqramdan ibarətdir:
1. İdman təbabəti üzrə həkimin konsultasiyası: həyat anamnezinin toplanması; idman anamnezinin toplanması; antropometrik müayinələr; xarici müayinə; funksional sınaqların keçirilməsi; fiziki inkişafın qiymətləndirilməsi; sağlamlıq vəziyyətinin qiymətləndirilməsi; məşq prosesinin korreksiyası üzrə tibbi tövsiyələr; məşq prosesinə və yarışlara buraxılış; hər bir idmançı üçün və bütovlükdə yığma komanda üçün unifikasiya edilmiş fərdi nəticə ilə əldə edilmiş informasiyanın təhlili. 2. Həkim-mütəxəssislərin konsultasiyaları: kardioloq, terapevt, cərrah, pediatr (yaş üzrə), ortoped-travmatoloq, nevroloq, stomatoloq, otolarinqoloq, oftalmoloq, ginekoloq, dermatoveneroloq, tibbi psixoloq, uroloq, endokrinoloq (göstərişlər üzrə). Laızm gəldikdə, digər dar ixsisas həkimləri cəlb edilir.
3. Funksional-diaqnostik tədqiqatlar:
döş qəfəsinin flüoroqrafiyası - ildə 1 dəfə;
dayaq-hərəkət aparatın müxtəlif hissələrinin rentgenoqrafiyası (göstərişlər üzrə);
standart ayırmalarda dinc vəziyyətdə EKQ müayinəsi;
xarici tənəffüsün həcm və sürət parametrlərinin müayinəsi ilə kompüter spiroqrafiyası (o cümlədən funksional sınaqlar və diaqnostik farmakoloji testlərin istifadəsi ilə);
Daxili orqanların (qaraciyər, öd yolları, böyrəklər, mədəaltı vəzi, dalaq, prostat vəzi, kiçik çanaq orqanları və süd vəziləri, qalxanvari vəzin) ultrasəs müayinəsi;
dinc vəziyyətdə ürəyin ultrasəs müayinəsi (exokardioqrafiya, dopler kardioqrafiya), yüklənmədən sonra – göstərişlər üzrə;
oynaqların ultrasəs müayinəsi – göstərişlər üzrə;
reoensefaloqrafiya, reovazoqrafiya, reogepatoqrafiya - göstərişlər üzrə;
göstərişlər üzrə elektroensefaloqrafiya;
əzələ-sinir aparatının kompleksi müayinə metodları – maqnit stimulyasiyası ilə elektroneyromiorefleksoqrafiya (göstərişlər üzrə);
qaz analizinin keçirilməsi ilə fiziki yüklənməyə fiziki iş qabiliyyətinin və tolerantlığın yoxlanılması: veloerqometrik test, sub-maksimal (PWC 170) və ya maksimal (işdən imtinaya qədər) yüklənmələrlə tredbanda qaçış ;
məşq prosesi və növlər üzrə idman mənsubiyyəti istiqaməti üzrə xüsusi yükləmə testləri - hazırlıq mərhələləri, idman növlərinin spesifikası ilə təyin edilir.
4. Ayrı-ayrı idman növlərinin idmançıları üçün əlavə müayinə metodları:
audiometriya - atıcılıq, biatlon, müasir beşnövçülük, boks, suya tullanma, su polosu, tramplindən xizəklə tullanma, fristayl, bobsley, xizək idmanı;
vestibulometriya - fiqurlu konkisürmə, gimnastika növləri, batut, tramplindən və xizəklərdə suya tullanma, fristayl, bobsley, xizək idmanı, yelkənli qayıq idmanı;
görmə sahələrinin müayinəsi - oyun idman növləri, stend atıcılığı, qılıncoynatma və s.;
göz dibinin müayinəsi və gözdaxili təzyiqin ölçülməsi - boks, taekvando, ağır atletika, suya tullanma və xizəklərlə tramplindən tullanma, ağır çəkili idmançılar, həmçinin fərdi sağlamlıq göstəriciləri ilə bağlı;
koordinasiya testinin keçirilməsi – aşağı və yuxarı ətrafların çoxistiqamətli hərəkətləri zaman, həmin idman növü üçün orta fərdi güc parametrlərini dəstəkləmək bacarığının qiymətləndirilməsi;
yüklənmə erqospirometrik testin keçirilməsi: bilavasitə üsulla süd turşusu trendinin müəyyən edilməsi (ekspres qiymətləndirilmə metodu və oksigenin və CO2 istifadəsinin əyriləri üzrə laktat limitinin qiymətləndirilməsi istisna olmaqla) - dövri idman növlərinin idmançıları üçün.
5. Hər bir idmançı üçün DTM çərçivəsində yerinə yetirilən laborator müayinələrin həcmi:
sidiyin ümumi analizi; yaxmaların mikroskopiyası, trombositlərin və retikulositlərin hesablanması və EÇS (eritrositlərin çökmə sürəti) müəyyən edilməsi ilə avtomatik analizatorda qanın kliniki analizi;
İmmun sisteminin vəziyyəti (limfositlərin sub-populyasiyası: CD3+ (CD4+, CD8+), CD16+, CD19+, IgM, IgA, IgG, IgE, Faqositoz); hipofizin funksional aktivliyi (STH (Somatotrop hormon), TTH (Tireotrop hormon), Kortizol, Testosteron);
qalxanvari vəzin vəziyyəti (sərbəst tiroksin, ANTİ-TPO (tiroid peroksidazaya qarşı anticisimlər), Qlükoza, Cross Laps); ionlaşdırılmış kalsium; Maqnezium; Fosfor; Qələvi fosfataza;
Dəmir; ALT; AST; Bilirubin ümumi/sərbəst; Sidik cövhəri; Kreatinin; Ümumi zülal; Albumin; Mioqlobin; Serotonin; Histamin; Laktat; Sidik turşusu; Lipaza; QQT (qamma - qlutamil-transferaza); MB-KFK (ürək kreatinfosfokinaza) aktivlik; MB-KFK (ürək kreatinfosfokinaza) kəmiyyət analizi; Turş fosfataza; LDG (laktatdehidrogenaza); Xolesterin; HDL xolesterininin fraksiyası; LDL xolesterininin fraksiyası; ÇAS (çox aşağı sıxlıqlı) xolesterininin fraksiyası; üçqliseridlər; KFK;
İİV-na qarşı anticismlər ½; IgA Xlamidiya traxomatisə qarşı anticismlər; IgG Xlamidiya traxomatisə qarşı anticismlər; Anti-HCV təsdiqləyici testlə və anti-HCV üzrə müsbət nəticə olduqda, növbəti əlavə testlərlə: HCV RNT, HCV genotip; sifilis törədicisinə qarşı anticismlər (toplam anticismlər); HbsAg – təsdiqedici testlə və Hbs dair müsbət nəticə zamanı aşağıdakı əlavə testlərlə olan antigendir: Hbe, anti-Hbe, anti-HBs, anti-Hbcor-IgM, HBV DNT; xlamidiya traxomatis DNT (bioloji material – uretradan / servikal kanaldan epitelial qaşıntı); qonoreya törədicisnin DNT (bioloji material – uretradan / servikal kanaldan epitelial qaşıntı); trixomoniaz virusunun DNT (bioloji material – uretradan / servikal kanaldan epitelial qaşıntı);
Qan qrupu, rezus faktor və rezus faktora qarşı anticismlər.