Biometriya və antropometriya

  • Əsas
  • Biometriya və antropometriya
Image
Antropometrik müayinə metodu idmançıların fiziki inkişafının müəyyən edilməsi üçün istifadə edilir. Ümumiyyətlə, bu göstəricilər orqanizmin funksional vəziyyətini əks etdirir və ümumi sağlamlıq vəziyyətinin və əmək qabiliyyətinin qiymətləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Antropometrik müayinələrə çəkinin müəyyən edilməsi, boyun ölçülməsi, döş qəfəsi çevrəsinin ölçülməsi daxildir. Ətrafların çevrələrinin ətraflı ölçülməsi üçün biz vücudun 3D skanlaşmasından istifadə edirik, bu da məşq prosesində bədən konfiqurasiyasının  dəyişilməsini müqayisə etməyə imkan verir.

Bədən tərkibinin ölçülməsi (orqanizmdə mayenin, piy, sümük və əzələ toxumasının miqdarının ölçülməsi) və ağciyərin həyat tutumunu müəyyən etməyə kömək edən spirometriya böyük əhəmiyyət kəsb edir. Dinamometriya – biləklərin əzələ gücünün əl dinamometri ilə kürəklərin ekstensor əzələlərinin gücünün isə mərkəzi dinamometrlə müəyyən edildiyi  metoddur.

Antropometrik müayinə nəticələrinin qiymətləndirilməsi standartlar, korrelyasiya, profillər və indekslər metodları ilə aparılır.