İnstitutumuz məşq dövrü mərhələləri prosesində, məşqlərdən və idman yarışlarından sonra, cəhdlərlə yarış günləri arasında idmançıların bərpası üçün xeyli sayda operativ elmi-əsaslandırılmış texnologiyalara malikdir. Bu məqsədlə aşağıdakı bir sıra operativ elmi-əsaslandırılmış texnologiyalar tətbiq edilir:
-intervallı vakuum terapisyası;
-hiperbarik oksigen terapiyası;
-kriosauna;
-kinezioteypinq;
-və buz vannaları.
Bundan əlavə, yuxunun, gündəlik rejimin, fiziki aktivliyin qaydaya salınması üzrə həkimlərin tövsiyələri, eləcə də xüsusi seçilmiş müalicəvi qida, bioloji aktiv əlavələrin (BAƏ) və istifadəyə icazəli olan tibbi preparatların bərpaedici təsiri tətbiq edilir.
Kompleks təsir idmançının qısa bir zamanda bərpa olunmasına və yeni məşq dövrünə yaxşı hazırlığına şərait yaradır.