Əməliyyatdan sonrakı reabilitasiya

  • Əsas
  • Əməliyyatdan sonrakı reabilitasiya
Image
Əməliyyat müdaxiləsinə məruz qalmış idmançıların reabilitasiyası – müasir travmatologiyanın ən aktual problemlərindən biri və bizim institutumuza müraciətlərin ən çox rast gəlinən səbəblərindən biridir. İdmançıların fiziki reabilitasiyasının əsas məsələsi keçirilmiş xəstəliklərdən və travmalardan sonra psixosomatik sağlamlığın, ümumi və xüsusi əmək qabiliyyətinin bərpasıdır. İdmançı olmayan xəstələrin reabilitasiyasına xas olan bir çox xüsusiyyətlər saxlanılmaqla, eyni zamanda idmançıların reabilitasiyası ilk növbədə öz  yekun məqsədləri  – idmançıların xüsusi hərəkət keyfiyyətləri və bacarıqlarının bərpasına görə kəskin şəkildə spesifikdir, bu da bərpanın digər təşkil formaları, vasitə və metodlarını tələb edir.

İdmançıların reabilitasiyasının xüsusiyyəti yalnız erkən başlanğıc deyil, həm də, immobilizasiyanın bitməsindən sonra ilk günlərdən başlayaraq, ənənəvi müalicəvi gimnastika (pasiyentin vəziyyəti buna imkan verirsə) ilə yanaşı, xüsusi hazırlıq və hətta məşq istiqamətli xüsusi tapşırıqlardan istifadə etməkdən ibarətdir. Məhz kompleks reabilitasiyanın erkən başlanğıcı – idmançıların bərpa müddətlərinin qısalmasının ən əhəmiyyətli komponentlərindən biridir.

Bizim institutumuzda idmançılar, onların idman həkimləri və məşqçisi ilə ardıcıl iş aparılır. Erkən müddətdə başlanmış müalicə qat-qat yaxşı nəticələr və sonrakı vəziyyətin daha yaxşı proqnozlarını verir.