• Telefon
    +994 (12) 404-83-10/11
  • İş Saatları
    Bazar ertəsi – Şənbə 08:00 - 20:00
  • Ünvan
    Olimpiya küç., 4A, Bakı, Azərbaycan

Müalicə texnologiyaları

  • Əsas
  • Müalicə texnologiyaları
Image
Bizim institutumuz idmançılarla iş üçün xüsusi avadanlıq və təlim keçmiş işçi heyətinə malikdir. Ümumi kliniki fizioterapevtik müalicə metodlarından başqa biz gərgin  məşqlərdən, toplanış və yarışlardan sonra idmançıların bərpası məqsədi ilə bir sıra qeyri-dərman təsirlər tətbiq edirik.

Həmçinin, travmalardan və əməliyyat müdaxilələrindən sonra aktiv idmançıların effektiv reabilitasiyası üçün spesifik texnologiyalar və metodikalardan istifadə edirik. Aşağıda idmançıların bərpa müalicəsində böyük əhəmiyyət kəsb edən bir sıra tibbi texnologiyaların siyahısı təqdim edilib.
  • İdmançıların reabilitasiyasında hiperbarik oksigenasiya

    Hiperbarik oksigenasiya - çoxamilli qıcıqlandırıcıdır. Bu zaman baş verən biokimyəvi, fizioloji və digər reaksiyaları ikinci dərəcəli bir proses, elə bir alət kimi qiymətləndirmək olar ki, onun köməyi ilə orqanizmin dəyişmiş ətraf mühitə uyğunlaşdırılması həyata keçir və eyni zamanda, idmançılarda həddən artıq yorulma baş verdiyi zaman patogenezə korreksiya edilir. Oksigen aclığı (hipoksiya) - orqanizm, sistem, orqan və hüceyrənin həyat qabiliyyətinə və ya məhv olunmasına şərait yaradan patoloji prosesin mühüm bəndlərindən biridir. Oksigen çatışmazlığı şəraitində ilk növbədə orqanizmin energetikası zərər görür. Qlikolizin aktivləşməsi zaman hüceyrələrdə sonradan laktata çevrilən piruvat yığılır. Laktatın yığılması oksigen qıtlığı şəraitində yeganə və son enerji mənbəyi olan qlikolizin dayanmasına gətirib çıxarır, bu da nəticədə hüceyrəni məhv edir. Belə patoloji prosesin inkişafı zamanı istənilən oksigen qıtlığının təcili və effektiv kompensasiya üsulu - yüksək təzyiq şəraitində orqanizm toxumalarının aktiv şəkildə oksigenlə doyması, yəni hiperbarik oksigenasiyadır. Hiperbarik oksigenasiya zamanı oksigenin daxil edilməsinin artması arterial və vena hiperoksiyasına gətirib çıxarır, bu da orqanizmdə aşağıdakı halların işəsalma mexanizmidir. Oksigen çatışmazlığı mərkəzi sinir sisteminin və hərəkət aparatın fəaliyyətinin çətinləşməsinə şərait yaradır. Yüklənmələr nə qədər çox və intensiv olarsa, orqanizmdə dəyişikliklər bir o qədər əhəmiyyətli və bərpa prosesləri bir o qədər ləng olar. Buna görə də son illər bərpanı sürətləndirən və idmanda məşq yüklənmələrinin dözümlülüyünü yüngülləşdirənlər vasitələrdən biri kimi HBO (hiperbarik oksigenasiya) metodundan istifadə edilməyə başlanıb. HBO - yüksək idman nəticələrinin əldə olunması və idmançıların maksimal və sub-maksimal fiziki yüklənmələrin icrasından sonra sürətli bərpası üçün tövsiyə olunan qeyri-dərman üsullarına aiddir. HBO orqanizmdə oksigen boşluğunun təcili ləğvini təmin edir və bunun nəticəsində, qənaətli, optimallaşdıran, biosintetik, reparativ-regenerasiya, detoksikasiya və enerqotrop təsir göstərir, bu da oksidləşmə-bərpa reaksiyaların keçməsinin yaxşılaşmasına, makroergik birləşmələrin əlavə sintezinin təmin olunmasına səbəb olur. Orqanizmə artıq oksigen təsirinin qeyd olunmuş fizioloji xüsusiyyətləri, ən yüksək nailiyyətlər idmanında hiperbarik oksigenasiyanın tətbiqinə göstərişləri də müəyyən edir. Bu zaman HBO-nın orqanizmə təsirinin mexanizmləri və effektləri müəyyən edilib: toxumaların oksigenlə doyması yaxşılaşır, xüsusilə də hipoksiya zamanı, regenerasiya prosesləri stimullaşdırılır, tənəffüs aritmiyası aradan qaldırılır, eritrositlərin tənəffüs funksiyası əhəmiyyətli dərəcədə yaxşılaşır. HBO təsirinin daha bir xüsusiyyəti əhəmiyyətlidir: müəyyən vaxt ərzində struktur və metabolik dəyişikliklər zəifləmir, əksinə, müntəzəm surətdə irəliləyir, təsir sonrası dövr müşahidə olunur. Bütün bunlar HBO-nın idman təcrübəsində tətbiqi üçün zəmin yaradıb. İdmançıların hazırlığında 8-10 seansdan ibarət HBO kursunun istifadəsi məşq prosesinin effektivliyini artırmağa imkan verir.

  • Psixodiaqnostika və psixokorreksiya

    İdman fəaliyyətinin psixoloji müşayiəti bu gün aktual və həll edilən problemlərdən biridir. Bu yardımın məqsədi - idmançıların hərtərəfli psixoloji hazırlığıdır, bu hazırlıq sayəsində onların öz imkan və bacarıqları haqqında təsəvvürlərin dəyişməsi, öz vəziyyətinin dərk edilməsi və nəzarəti baş verir, öz gücünə əminlik artır və beləliklə, idman nəticələri yaxşılaşır. İşin əhəmiyyətli tərkib hissəsi - məşqçi ilə idmançının qarşılıqlı təsiridir. Müvəffəqiyyətli idman fəaliyyəti, yarışlara hazırlıq və etibarlı çıxış üçün zəruri şəxsi xüsusiyyətlərin və psixi keyfiyyətlərin idmançılarında formalaşması və təkmilləşdirməsi məqsədi ilə, məşqçi müşahidələrinin və pedaqoji müsbət nəticə ilə psixoloq tövsiyələrinin ardıcıllığına fərdi işə kömək üçün nəzərdə tutulub. Psixoloji yoxlama kabineti aşağıdakılara imkan verir:
    idmançının şəxsi xarakteristikalarını müəyyən etmək;
    məşqçiyə komanda idman növlərində rolların bölgüsü üzrə tövsiyələr vermək;
    aşkar edilmiş davranış və iradə pozuntularını korreksiya etməyə kömək edəcək;
    stresə qarşı davamlılığı və motivasiyanı yüksəldəcək.
    Beləliklə, idmançının psixoloji hazırlığının daxili vəziyyətini aşağdakı göstəricilər xarakterizə edir:
    idmançının öz gücünə ayıq əminliyi;
    yarış məqsədinin əldə olunması üçün qələbə uğrunda inadla və sona qədər mübarizə aparmaq cəhdi;
    yarışmaq arzusu;
    emosional həyəcanın optimal səviyyəsi;
    çaşdıran xarici və daxili amillərə qarşı maneələrə qarşı yüksək davamlılıq qabiliyyəti;
    öz hərəkətlərini, fikirlərini, hisslərini, davranışını idarə etmək qabiliyyəti.
    Məşqçilərlə psixoloji iş və qarşılıqlı təsir məsələləri:
    peşəkar və şəxsi səriştənin təkmilləşdirilməsi;
    zəruri psixoloji biliklərin və bacarıqların formalaşması;
    məşq prosesinin optimallaşdırma məsələləri üzrə psixoloji tövsiyələr;
    idmançılarla qarşılıqlı təsirin effktivliyinin artırılması.

  • İdmançılar üçün şəxsi içliklər

    İdmançılar üçün şəxsi içliklər ortopedlər tərəfindən tövsiyə olunub. Onlar hər idmançıda fərdi olan pəncənin forması üzrə hazırlanırlar. İçliklər yerimə, qaçış və tullanma texnikasını dəyişdirə bildiyinə görə, son nəticənin yaxşılaşdırılması və istənilən diskomfortun aradan qaldırılması üçün əzələlər, bağların uyğunlaşdırılması və içliklərin sonrakı korreksiyası aparılır. Bizim şəxsi içliklərimiz dayaq-hərəkət aparatına düşən yüklənməni nizama salmağa kömək edir. Hətta ən ciddi idman məşqləri zamanı bu içliklərlə sizə hər zaman rahat olacaq. İçliklərin təsir mexanizmi çox sadədir: səthlə əlaqənin dayaq sahəsi artır, buna görə də insanın çəkisi bütün pəncə üzrə bərabər şəkildə paylaşdırılır. Bədəndən yorğunluq götürülür, əzələ sistemində gərginlik olmur, bu da hər hansı mikroçatlar, gərilmələr və travmaların yaranmasını istisna edir, hərəkətlərin koordinasiyası normallaşır. Şəxsi idman içliklərinin üstünlükləri:
    idmanla məşqul olma zamanı sümük-əzələ travmalarının yaranması ehtimalını azaldır;
    dayaq-hərəkət aparatın işinin effektliliyini artırır;
    oynaqların üzərinə yükləmələri azaldaraq, onların çevikliyini yaxşılaşdırır;
    yerimə və idmanla məşğul olma zamanı amortizasiya effektinə malikdir;
    qaməti yaxşılaşdırır, bütün orqanizm üçün əlaqələndirici təsirə malikdir;
    məşq prosesində idmançı diskomfort hiss etmir, əksinə, yüklənmələri və gərginlikləri hiss etmir;
    orqanizmin davamlılıq ehtiyatına təsir edir, onu artırır;
    siz vəziyyəti 100 % idarə edirsiniz.
    Əgər siz bütün gününüzü məşqlərdə keçirirsinizsə, ortopedlər yalnız rahat ayaqqabı geyinməyi deyil (rahat ayaqqabı seçmək olduqca çətindir), həm də onları fərdi içliklərlə tamamlamağı tövsiyə edirlər, çünki onlar, skelet-əzələ aparatına və bütün orqanizmə yüklənməni xeyli azaldır. Peşəkar idmançılar AMFIT texnologiyasını seçib və daimi travmaların, yüklənmələrin qarşısını almağa, sağlamlığı qoruyub saxlamağa və idman karyerasını davam etdirməyə çalışırlar.

  • Buz vannaları

    Buz vannaları məşqlər və ya intensiv iş zamanı vurulmuş ziyanı kompensasiya etmək üçün ən effektiv üsullarından biri adlandırılıb. Soyuq suya dalma əzələlərdə iltihabları və qızdırmanı aradan qaldırır, çünki aşağı temperaturlar qan hüceyrələrini daraldır və metabolik aktivliyi azaldır. Bu metod elastik sarğılar və corablar, həmçinin yüngül qaçışdan bir az daha effektiv bir metod kimi qəbul edilmişdir. İntensiv və ya vərdiş olunmamış fiziki hərəkətlərdən, şəxsi imkanların sürətlənilməsi ilə məşqlərin keçirilməsindən sonra, bir qayda olaraq, əzələlərdə ağrı əmələ gəlir. Bu vəziyyət “krepatura” adlanır (digər termin – DOMS). Bu, adətən 24 saatdan 48 saata qədər davam edir. Əsas simptomlar: əzələlərin sərtliyi, ödemlər, əzələlərdə ağrı, gücün azalması. Bu, əzələ liflərində mexaniki zədələrin əmələ gəlməsi səbəbindən baş verir, bu da ağrılara və iltihaba gətirib çıxarır. Çoxları səhvən hesab edirlər ki, əzələləri qızdıraraq, ağrı hissini yüngülləşdirmək olar və isti vannalar qəbul edirlər. Lakin idmançılar ağrı ilə mübarizə üçün buz vannaları və ya buzlu vannalardan istifadə edirlər. “Tvitter” sosial şəbəkəsində, Londonda Olimpiadada ABŞ yığmasından olan Amerikalı gimnastların fotoşəkilləri yayılmışdır, həmin fotoşəkillərdə onların ağır startlardan sonra daha sürətli bərpa olmağa çalışaraq, buz vannaları qəbul etmələri təsvir olunmuşdur. İdmançılar üçün buz vannalarından istifadə qaydaları:
    Buz vannası üçün suyun temperaturu – 10-15°C təşkil edir.
    Buz vannasını beş dəqiqə qəbul etmək olar.
    Çox şey sizin vəziyyətiniz və reaksiyanızdan asılıdır, bəziləri belə vannaları daha uzun müddətli edərək, onları 20 dəqiqəyə qədər uzadırlar.
    Buz vannasının ən sadə hazırlanma üsulu – vannaya soyuq su tökmək və ora buz generatorundan buz əlavə etməkdir.
    Buz vannasını məşqdən sonra yarım saatdan gec olmayaraq qəbul etmək daha yaxşıdır.
    Buz vannasını bütün bədən üçün qəbul edilmir. Ən təhlükəsiz qayda: buzlu vannanı ayaqlara qədər qəbul etməkdir, beldən aşağı da qəbul etmək olar və nadir hallarda sinəyə qədər buzlu suya enmək olar (tam suya dalma yalnız həkim təyinatından sonra icazəlidir!).

  • İdmançılarda kinezioteypinq

    İdmançılarda kinezioteypinqin əsası nədən ibarətdir? Teyplər - müxtəlif rəngli (ehtimal ki, rəng daha çox estetik məna kəsb edir), tərkibində lateks olmayan, akril termoaktiv örtüyü olan, elastikliyinə görə insan dərisinə analoji olan xüsusi pambıq lentlərdir, Kinezioloji Teypinq metodlarına əsasən qoyulur. Teyplər, ağrı effektini azaldaraq, əzələlərin adekvat işini, sano-genetik proseslərin keçməsini təmin edir, bu zaman hərəkətləri məhdudlaşdırmır, qan və limfa dövranını yaxşılaşdırır, hipo-alergen və tam hava və nəm keçirici xüsusiyyətlərə malik olmaqla, onlardan 5 gün ərzində gündə 24 saat, hətta suda da istifadə etməyə imkan verir. Kinezioteypinq ilk dəfə yapon manualisti Kenzo Kase tərəfindən pasiyentə terapevtin manual təsirinin nəticələrinin gücləndirilməsi üçün tətbiq edilmişdir. Hal-hazırda kinezioloji teypinqin müxtəlif texnikaları əzələləri tonusa salmağa və ya onları rahatlatmağa, travma sonrası ödemi azaltmağa, ağrı hissini azalmağa və oynaqları sabitləşdirməyə imkan verir. Bu da idmanda tətbiq edilir. Hər idman növünün öz stereotip hərəkətləri olur, yüklənmə zamanı aqonistlər və antaqonistlər və ya əzələlərin ayrı-ayrı qrupları arasında disbalans yarana bilər, bu da ağrı və ya xoşagəlməz hisslər əmələ gətirir və nəticədə, hərəkətin texnikasını dəyişdirir. Bu zaman bəzi əzələlər patoloji yüksək tonus əldə edərək həddindən artıq yüklənir və ya ağrılı olaraq tonusdan düşür. Kinezioloji teypinq, idman hərəkətinin icra edilməsini daha optimal və effektiv edərək, onu daha yüksək keyfiyyətli və daha çox icra etməyə imkan verərək, gərgin əzələləri boşaltmağa və zəifləmiş əzələlərin tonusunu yüksəltməyə, həmçinin sərbəst hərəkətin həcminin məhdudiyyəti olmadan oynaqların yumşaq sabitləşməsinə imkan verir. Bu xüsusiyyət həmçinin idman travmatizminin profilaktikası sahəsində geniş tətbiq olunur. Bundan başqa, kineziteypinq idmançılarda limfa dövranını yaxşılaşdırmağa imkan verir, bu da yüksək yüklənmələr zamanı əzələlərin bərpasının sürətlənməsinə imkan yaradır, çünki əzələlərə metabolitləri (intensiv əzələ fəaliyyətinin gedişatında maddələr mübadiləsinin qalıq məhsulları) daha sürətli ixrac etməyə şərait yaradır. Kinezioteypinqin bu xüsusiyyəti distansiyaların keçməsindən sonra, həmçinin çox günlü yarışlar olan idman növlərində, məsələn, velosiped idmanında, uzun müddətli yüklənmələr olan idman növlərində bərpa üçün geniş istifadə olunur. Kinezioloji teypinqin istifadəsinin məşhurluğunun sirri ondan ibarətdir ki, bu, idmançının dərisinə və əsas toxumalarına mexaniki təsirin qarşısının alınmasının yeganə mövcud üsuludur. Bu üsulun üstünlükləri:
    əzələ yığılmasının effektivliyini yüksəltmək;
    çıxışlar arasında bərpa prosesini sürətləndirmək;
    idman travmasının alınma ehtimalını azaltmaq;
    travmalı vəziyyətdə və ya əzələ qruplarından hər hansının yüklənməsi vəziyyətində çıxışlar zamanı ağrı sindromunun intensivliyini azaltmaq.

  • İdmançılarda kinezioteypinq

    İdmançılarda kinezioteypinqin əsası nədən ibarətdir? Teyplər - müxtəlif rəngli (ehtimal ki, rəng daha çox estetik məna kəsb edir), tərkibində lateks olmayan, akril termoaktiv örtüyü olan, elastikliyinə görə insan dərisinə analoji olan xüsusi pambıq lentlərdir, Kinezioloji Teypinq metodlarına əsasən qoyulur. Teyplər, ağrı effektini azaldaraq, əzələlərin adekvat işini, sano-genetik proseslərin keçməsini təmin edir, bu zaman hərəkətləri məhdudlaşdırmır, qan və limfa dövranını yaxşılaşdırır, hipo-alergen və tam hava və nəm keçirici xüsusiyyətlərə malik olmaqla, onlardan 5 gün ərzində gündə 24 saat, hətta suda da istifadə etməyə imkan verir. Kinezioteypinq ilk dəfə yapon manualisti Kenzo Kase tərəfindən pasiyentə terapevtin manual təsirinin nəticələrinin gücləndirilməsi üçün tətbiq edilmişdir. Hal-hazırda kinezioloji teypinqin müxtəlif texnikaları əzələləri tonusa salmağa və ya onları rahatlatmağa, travma sonrası ödemi azaltmağa, ağrı hissini azalmağa və oynaqları sabitləşdirməyə imkan verir. Bu da idmanda tətbiq edilir. Hər idman növünün öz stereotip hərəkətləri olur, yüklənmə zamanı aqonistlər və antaqonistlər və ya əzələlərin ayrı-ayrı qrupları arasında disbalans yarana bilər, bu da ağrı və ya xoşagəlməz hisslər əmələ gətirir və nəticədə, hərəkətin texnikasını dəyişdirir. Bu zaman bəzi əzələlər patoloji yüksək tonus əldə edərək həddindən artıq yüklənir və ya ağrılı olaraq tonusdan düşür. Kinezioloji teypinq, idman hərəkətinin icra edilməsini daha optimal və effektiv edərək, onu daha yüksək keyfiyyətli və daha çox icra etməyə imkan verərək, gərgin əzələləri boşaltmağa və zəifləmiş əzələlərin tonusunu yüksəltməyə, həmçinin sərbəst hərəkətin həcminin məhdudiyyəti olmadan oynaqların yumşaq sabitləşməsinə imkan verir. Bu xüsusiyyət həmçinin idman travmatizminin profilaktikası sahəsində geniş tətbiq olunur. Bundan başqa, kineziteypinq idmançılarda limfa dövranını yaxşılaşdırmağa imkan verir, bu da yüksək yüklənmələr zamanı əzələlərin bərpasının sürətlənməsinə imkan yaradır, çünki əzələlərə metabolitləri (intensiv əzələ fəaliyyətinin gedişatında maddələr mübadiləsinin qalıq məhsulları) daha sürətli ixrac etməyə şərait yaradır. Kinezioteypinqin bu xüsusiyyəti distansiyaların keçməsindən sonra, həmçinin çox günlü yarışlar olan idman növlərində, məsələn, velosiped idmanında, uzun müddətli yüklənmələr olan idman növlərində bərpa üçün geniş istifadə olunur. Kinezioloji teypinqin istifadəsinin məşhurluğunun sirri ondan ibarətdir ki, bu, idmançının dərisinə və əsas toxumalarına mexaniki təsirin qarşısının alınmasının yeganə mövcud üsuludur. Bu üsulun üstünlükləri:
    əzələ yığılmasının effektivliyini yüksəltmək;
    çıxışlar arasında bərpa prosesini sürətləndirmək;
    idman travmasının alınma ehtimalını azaltmaq;
    travmalı vəziyyətdə və ya əzələ qruplarından hər hansının yüklənməsi vəziyyətində çıxışlar zamanı ağrı sindromunun intensivliyini azaltmaq.

  • İdmançılara laboratoriya nəzarəti

    Laboratoriyada orqanizmin funksional vəziyyətinin və neyro-endokrin sisteminin ehtiyat imkanlarının, biokimyəvi göstəricilərin və immun statusunun parametrlərinin, onkomarkerlərin, qanın və sidiyin ümumi klinik analizləri, həmçinin müxtəlif infeksiyaların geniş şəkildə müayinələri aparılır. Bu, məşq prosesini optimal şəkildə idarə etmək üçün idmançıların sağlamlığı, onların orqanizminin funksional vəziyyəti və ehtiyat imkanları haqqında dolğun informasiya əldə etməyə, həmçinin bərpa tibbi tədbirlər üzrə tövsiyələr verməyə imkan verir. Laboratoriya nəzarəti və spesifik müayinələr aşağıdakıları nəzərdə tutur:
    İdmançıların dispanser skrininq laboratoriya müayinəsinin keçirilməsi;
    İdmançıların dərin tibbi laboratoriya müayinəsinin keçirilməsi;
    Məşq prosesi ərzində spesifik testlərin keçirilməsi.
    Biokimyəvi nəzarət həmçinin idmançının orqanizminin müvəqqəti, iqlim və yüksək dağ adaptasiyasını qiymətləndirməyə imkan verir, bu da öz növbəsində, adaptasiya mərhələlərində məşq yüklənmələrini savadlı şəkildə tənzimləməyə və həddindən artıq məşqlərdən çəkinməyə imkan verir.

  • PRP və oynaqdaxili inyeksiyalar

    Prosedur zamanı 3D-ultrasəs naviqasiyasının nəzarəti altında PRP-CT (hüceyrə terapiyası) texnologiyasından istifadə olunur, prosedurdan əvvəl, proses zamanı və sonra həyata keçirilir. Texnika öz plazmasından (trombositlərin böyüməsi faktorları) eks tempore hazırlanmış bir dərmanın oynaqdaxili inyeksiyasından istifadə edir, bu da oynaq qığırdaqının, menisküsün, bağların və vətərlərin zədələnməsinin remodulyasiyasına nail olur. PRP-terapiya (plazmolifting, plazmoplastika) müalicənin trombositlərlə zənginləşdirilmiş öz qan plazması ilə həyata keçirilən prosedurdur. Bu, oynaqların, bağların, sümüklərin, tendonların müalicəsinin təsirli üsullarından biridir. Oynaqların və bağların müalicəsi üçün PRP terapiyası həkimlər tərəfindən istifadə edilməyə başlandı və dərhal əla nəticələr verdi. PRP terapiyası (Platelet Rich Plasma) trombositlərlə zəngin plazmanın yerli olaraq tətbiq olunduğu innovativ texnologiyadır. Plazma bir sıra vitaminlər, zülallar, fermentlər, hormonlar, antikorlar və digər faydalı maddələrdən ibarətdir. Plazma həmçinin böyümə faktorlarını ehtiva edir,undefined hüceyrə artımını, onların yenilənməsini aktivləşdirən. Belə məruz qalma nəticəsində yaraların sağalması sürətlənir, mövcud iltihab prosesi aradan qaldırılır. PRP terapiyası aşağıdakılar üçün istifadə olunur:
     Artroz, o cümlədən koksartroz və osteoartrit.
     Gözyaşları, ligamentlərin və əzələlərin yırtığı.
     Tendonların tendonitləri.
     Oynaqlarda iltihabi proseslər.
     Artrit, artroz.
     Periartrit.
     Plantar fasiit.
     Müasir ortopediyada PRP terapiyası zədələnmiş vətərlərin və bağların bərpasını sürətləndirmək, müxtəlif mənşəli artritlərdə (travmatik və ya degenerativ proseslərlə əlaqəli) qığırdaq toxumasının bərpası prosesini sürətləndirmək, zədələrdə ağrıları aradan qaldırmaq üçün istifadə olunur. PRP terapiyasından sonra heç bir dərman istifadə edilmədən zədələrin sağalması sürətlənir və cərrahi müdaxilə ehtimalı azalır. PRP metodu bədənin təbii özünümüalicə qabiliyyətini və qabaqcıl innovativ texnologiyaları birləşdirir. PRP terapiyası uğurla nəticələnir undefined Avropa və Amerika klinikalarında istifadə olunur. Metod xəstənin öz qanının istifadəsinə əsaslanır. Trombositlər (trombosit autoplazması) ondan xüsusi texnika ilə çıxarılır və az miqdarda plazma ilə qarışdırılır. Sonra yaranan süspansiyon təsirlənmiş oynağın, əzələnin və ya köməyə ehtiyacı olan digər toxumanın boşluğuna yeridilir. Bütün prosedur, zəruri hallarda, ultrasəs nəzarəti altında həyata keçirilə bilər, bu, dərmanın birbaşa təsirlənmiş əraziyə böyük dəqiqliklə daxil olmasını təmin edir. Manipulyasiya lokal anesteziya ilə həyata keçirilir və təxminən 15 dəqiqə davam edir. PRP-də olan "böyümə faktorları" oynaqların, bağların və vətərlərin təsirlənmiş toxuma sahəsinin intensiv bərpasına səbəb olur. İnstitut həmçinin hialuron turşusu və hormonal preparatların oynaqdaxili inyeksiyasını fəal şəkildə həyata keçirəcək. undefined

  • İdmançılar üçün mezoterapiya

    Mezoterapiya 1952-ci ildə fransız həkimi Mişel Pistor tərəfindən idman zədələrinin müalicəsi (ağrı kəsicilərin və sorulan dərmanların qəbulu), damar patologiyalarının müalicəsi, yerli qan dövranının yaxşılaşdırılması və revmatologiyada təklif edilmişdir. Mezoterapiya əzələ spazmı, onurğa ağrısı, aydın yerli əzələ tonusu, yerli kramplar və birləşdirici toxumanın böyüməsi nəticəsində yaranan ağrı sindromu olduqda dəri, dərialtı piy və əzələlərə yerli təsirin sadə və effektiv üsuludur. zədə. Aşağıdakı şərtlər sinaptik yarıqda asetilkolin miqdarını artıraraq nöbetlərə səbəb olur:
    xolinesteraza blokerləri qrupunun dərmanlarının həddindən artıq dozası;
    depolarizasiya edən dərmanlarla əzələlərin rahatlaması;
    bədəndə maqnezium çatışmazlığı.
    Enjeksiyon zamanı əzələ boşaldıcıları, botulinum toksini, DNT, hialuron turşusu, kollagen, elastin yeridilir. Enjeksiyon asepsiya və antisepsis qaydalarına riayət etməyi tələb edir. Mezoterapiya zamanı enjeksiyon yerində görünüş mümkündür.undefined kiçik hematomlar. Nadir hallarda ürtiker və ya Quincke ödemi şəklində allergik reaksiyanın baş verməsi istisna edilmir. Kontrendikasyonlara hamiləlik, ana südü, menstruasiya və əməliyyatdan dərhal sonra dövr daxildir. İdmançılar üçün kompleks terapiyada mezoterapiya çox təsirli ola bilər. undefined

  • İzokinetik məşq

    Reabilitasiyanın erkən və gec dövrlərində əzələ qruplarının bərpasında izokinetik avadanlıqların əhəmiyyəti son dərəcə vacibdir. Texnologiyanın bir xüsusiyyəti, əzələ sisteminin hal-hazırda bərpa dərəcəsinin vəziyyətini obyektiv müəyyən etmək, gələcəkdə problemləri proqnozlaşdırmaq və kompleks reabilitasiyada iştirak etmək qabiliyyətidir. Sistem əyilmə və uzadılma (konsentrik və eksantrik) üçün fərqli bir yük təyin etməyə imkan verir. Məsələn, reabilitasiya olunan bir insan "qaldırdığı"ndan daha çox çəki "azaldır", bununla da 30% daha çox əzələ liflərindən istifadə edir. Bu yolla, agonistlərin və antaqonistlərin təsiri arasında ideal nisbət düzəldilə bilər. Reabilitasiya və statik-dinamik məşqləri yerinə yetirmək üçün xüsusi izokinetik təlim rejimi istifadə olunur. Sistem vahid səy yaradır və reabilitasiya olunan şəxs maksimum səylə buna müqavimət göstərir. Beləliklə, gücləndirmə klassik izometrik məşqlərin faydalarına əlavə olunur.undefined bağlar. undefined

  • İdman masajı

    İdmançıların fiziki dözümlülüyünü artırmaq, yorğunluğu aradan qaldırmaq, ümumi tonu yüksəltmək və zədələrin nəticələrini aradan qaldırmaq üçün xüsusi masaj texnikasından - idman masajından istifadə olunur. İdman masajı idmançıların hazırlığının və yarışlara hazırlanmasının mühüm tərkib hissəsi hesab olunur. İdman masajını digər masaj növlərindən fərqləndirən cəhət ondan ibarətdir ki, o, insanın əzələlərinə, oynaqlarına və dərisinə qısa müddətdə öz funksionallığını bərpa etməyə qadir olan belə bir təsiri ehtiva edir. Belə bir masajın aparılması yağ və tər vəzilərinin işini, maddələr mübadiləsini, dəri tənəffüsünü stimullaşdırır, qan dövranını və dərinin qidalanmasını yaxşılaşdırır. İdman masajı zamanı toxumaların oksigen və qida maddələri ilə təchizatı yaxşılaşdığına görə əzələlərin performansı artır. Masaj prosesində oynaqların inkişafı onların hərəkətliliyini yaxşılaşdırmağa, zədələrdən sonra onları bərpa etməyə kömək edir.