Vakuum terapiyası
İntervallı vakuum terapiyası ayaq damarlarının xəstəliklərinə qarşı mübarizədə NASA-ın innovasiya, qabaqcıl texnologiyalarına əsaslanan bir yenilikdir. İntervallı vakuum terapiyası aparatı aşağı ətraflarda qan axınının idarə etməsinin effektiv alətidir. İntervallı vakuum terapiyasının tətbiq edilmə sahələri aşağıdakılardır:
-Flebologiya, damar cərrahiyyəsi;
-Damar patologiyası;
-Endokrinologiya, diabetologiya;
-Dermatologiya, estetik kosmetologiya;
-Endokrinologiya, diabetologiya;
-Reabilitasiya, idman təbabəti;
-Ortopediya;
-Ginekologiya, urologiya;
-Fizioterapiya;
-Angiologiya.
Cihazın təsiri aşağı ətraflara və abdominal sahəyə mənfi və normal təzyiqin növbəli təsirinə əsaslandırılmışdır. Bu, nasosun təsirinə və ya bədənin aşağı yarısı üçün “əlavə ürəyə” bənzəyir. Mənfi təzyiq mərhələsi zamanı kapilyarların genişlənilməsi və işləyən kapilyarların miqdarının artması baş verir. Toxumalarda perfuziya artır və nəticə kimi, toxumaların oksigenlə və qida maddələrlə təchizatı artır. Hətta kifayət etməyən perfuziyalı və ya işemiyalı toxumalar öz həyat fəaliyyətini aktivləşdirir və bərpa olunur. Normal atmosfer təzyiqi mərhələsi zamanı vena və limfatik qan, vena və limfatik sistemin kapilyarları üzrə daha aktiv irəliləyir, bu da limfodrenajı gücləndirir, metabolizma məhsullarının daha yaxşı kənarlaşdırılmasına imkan yaradır (maddələr mübadiləsinin aktivləşməsi).