Mobilizasion masa
Mobilizasion masa dərin masaj, mobilizasiya, manipulyasiya üçün nəzərdə tutulmuşdur və fizioterapevtlər, manualistlər, osteopatlar və idman masajı mütəxəssisləri tərəfindən tətbiq edilir. O manipulyasiyanın icra edilməsini asanlaşdırmaqla həkimin işinə kömək edir. Hərəkətliliyin (mobilliyin) bərpası traksiya, fleksiya, lateral fleksiya və rotasiya istifadə olunmaqla 3D hərəkətlə həyata keçirilə bilər. Masa əsas terapevtik və anatomik vəziyyətləri almağa imkan verir və yuxarı-aşağı əyilməklə ağırlıq qüvvəsi terapiyası üçün istifadəni mümkün edir.
Bu vəziyyətdə həmçinin aşağı hissənin üç səthdə fırladılması həyata keçirilə bilər. Aşağı hissə, demək olar ki, döşəməyə qədər əyilərək xəstənin masaya rahat qalxmasını təmin edir. Baş hissə ekstensiya/fleksiya, lateral fleksiya, traksiya və öz vəziyyətinin hündürlüyünün (yuxarı-aşağı) tənzimlənməsinə imkan verir. Baş hissə kimi aşağı hissə də mükəmməl yumşaq lateral fleksiyanı həyata keçirməyə imkan verir.
Bundan başqa, masa ən ciddi bel problemləri olan xəstələri belə vertikal vəziyyətdən birbaşa olaraq masaya yerləşdirməyə imkan verən unikal əyilmə funksiyasına malikdir. Üçsəthli hərəkəti həyata keçirmək imkanı döş nahiyəsində mobilizasiyanı, həqiqətən, unikal edir. Həkimə xəstəni qaldırmaq və ya onun daha yumşaq və ağrısız şəkildə yerini dəyişmək lazım gəlmir. Bunun nəticəsində prosedurlar arasındakı fasilələlər azalır və müalicə daha sürətli olur.