Seminar "Kineziologiyaya giriş"
4 iyul, 2022-ci il tarixində Milli İdman Tibb və reabilitasiya institutunda Şimali Kipr Sağlamlıq və Sosial Elmlər Universitetinin professoru və prorektoru, doktor Şahin Əhmədovun iştirakı ilə İdman həkimləri üçün "Kineziologiyaya giriş" mövzusunda seminar keçirilmişdir.
Onu da qeyd etməliyik ki, Şahin Əhmədov akademik fəaliyyətlə bərabər, kineziologiya və akupunktura mütəxəssisi kimi 25 ilə yaxındır ki, Şimali Kipr respublikasında fəaliyyət göstərir.