• Telefon
    +994 (12) 525-83-07/09/10
  • İş Saatları
    Bazar ertəsi-Cümə 08:00 - 20:00
  • Ünvan
    Olimpiya küç. 4A, Bakı, Azərbaycan

Xəbərlər

MİTRİ-də 2022-ci ilin hesabat tədbiri
  • 06.02.2023

MİTRİ-də 2022-ci ilin hesabat tədbiri

Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunda "MİTRİ 2022-ci ildə idman xidmətləri üzrə hesabat" tədbiri təşkil olunmuşdur.  Həmçinin bu tədbirdə ilin yekun nailiyyətlərinə həsr olunmuş təltifetmə mərasimi keçirilmişdir. Belə ki, il ərzində öz əməyi ilə fərqlənən komanda üzvləri - MİTRİ-nin zəhmətkeş əməkdaşları təşəkkürnamə və s. vasitələrlə mükafatlandırıldı. 

Ümid edirik ki, hər zaman mərkəzimizdə çalışan mütəxəssislər, eyni zamanda bütün komanda üzvləri Vətənimizin adını - Azərbaycanımızı yüksək zirvələrə qaldıran idmançılarımızın, xalqımızın sağlamlığının keşiyində duracaq. 
Onlar hər bir vətəndaşımızın sağlamlığına qürur hissi ilə xidmət göstərir, daima inkişaf edir və yeni bacarıqlara yiyələnirlər ki, pasiyentlərimiz MİTRİ-nin xidmətlərindən tam faydalana bilsin, həmçinin MİTRİ də sağlamlığına qovuşdurduğu pasiyentlərin varlığı ilə daha irəliyə inamla addımlasın.