İdmançıların hərəkət texnikasının tədqiqi üçün qabaqcıl texnologiyalardan istifadə olunur. Optik nəzarət sistemi idmançların qaçış və tullanmalarının dəqiq və asan tədqiqi üçün biomexaniklərin yüksək texnoloji alətlə təmin olunması üçün yaradılıb. İdmançının hərəkətinin analizi dayaq ilə əlaqə gücü ilə birgə, mioqrafiyanın qeydi idmançnın hərəkət texnikasında dəyişiklikləri müəyyən etməyə imkan verir. Tədqiqat 12+2 videokameralar, güc platformaları və naqilsiz elektromioqrafiy vasitəsilə aparılır. Sistem idmançılar üçün aşağıdakı protokolları hazırlaya bilir:
- Qaçış trenajorunda qaçış analizi üçün protokollar,
- Tullanma analizi üçün protokollar,
- Güc analizi üçün əlavə reallıq protokolu,
- Stabilometrik analiz.
Proqram təminatı məlumatların dəqiq və tez toplanmasını təmin edən Qualisys kameralarnın istənilən modeli ilə iş üçün nəzərdə tutulub. Sistem istifadəçilərə minimal gecikmələrlə real zaman rejimində məlumatların 2D, 3D və 6DOF əhatəsini yerinə yetirməyə imkan verir. QTM həm ən tələbkar, həm də daha az təcrübəsi olan istifadəçilərin geniş istifadə sahəsi diapazonunda – tibbi elmlərindən pedaqoji tədqiqatlara qədər tələblərinə cavab verir. Qüsursuz inteqrasiya və güc platformları (force plates) və elektromioqrafiya qurğuları (EMG) ilə sinxronizasiya, eləcə də əlavə analiz üçün real zaman rejimində axın translyasiyası QTM proqram təminatını naliz üçün ciddi alətə çevirir. QTM – yüksək məhsuldrlıq, dəqiqlik və aşağı latentliyi təmin edən motion capture qabaqcıl alqoritmlərin seçimi ətrafında qurulub və işlənib hazırlanıb.