Maqnit rezonansı

  • Əsas
  • Maqnit rezonansı
Image
Maqnit – rezonans tomoqrafiya (MRT) – mürəkkəb, lakin təhlükəsiz və effektiv diaqnostika metodudur, ionlaşdırıcı şüalanma ilə bağlı deyil. Bu metod zamanı baş və onurğa beyni, onurğa sütunu, kiçik çanaq, böyrəklər, böyrəküstü vəzilər, diz oynaqları, yumşaq toxumaların müayinəsi zaman müxtəlif patoloji proseslər müəyyən olunur. Biz GE firmasının aparatında işləyirik və bütün yumşaq toxuma və oynaq nahiyyələri, MSS, kiçik orqanlar, mammoqrafiya müayinələri üçün tələb olunan bütümn maqnit çarxları dəstinə sahibik. Bizim radioloji şöbəmiz aparıcı beynəlxalq radioloqlar tərəfindən auditdən keçib və 2015-ci ildə Bakıda Birinci Avropa oyunlarının keçirilməsiz zaman müayinə üçün yeganə baza seçilib.

MRT mərkəzi sinir sisteminin onkoloji patologiyasına şübhə zamanı seçim metodudur, baş beyin infarktlarının, eləcə də onurğa sütunun travmaları zaman; fəqərəarası disk və oynaqlarda degenerativ dəyişikliklərin olması zaman; onurğa beynin xəstəlikləri və zədələnmələri zaman erkən diaqnostikası üçün əvəzolunmaz metoddur; sümük-əzələ aparatı və oynaqların patologiyasının qeyri – invaziv diaqnostikası üçün əvəzolunmz və seçim metodudur; hipofizin mikroadenomasına şübhənin diaqnostikası zaman əvəzolunmaz metoddur. Müayinə xəstəliyi erkən mərhələdə müəyyən etməyə və vaxtında müalicəyə başlamağa imkan verir.