• Telefon
    +994 (12) 525-83-07/09/10
  • İş Saatları
    Bazar ertəsi-Cümə 08:00 - 20:00
  • Ünvan
    Olimpiya küç. 4A, Bakı, Azərbaycan

Məsafəli monitorinq

  • Əsas
  • Məsafəli monitorinq
Image
İdmançının vəziyyətinə və məşq prosesinin keyfiyyətinə fasiləsiz nəzarət üçün tele-tibbi kompleks vasitəsi ilə müasir kardio-monitorinq  sistemi istifadə olunur. Bu metodika “onlayn” rejimində institut həkiminə məşqlər və yarışlar zamanı və ürək-damar sisteminin işinin ən kiçik sapmalarının aşkar edilməsi zamanı dünyanın hər hansı nöqtəsində olan bir neçə idmançını müşahidə etməyə, stress səviyyəsini müəyyən etməyə və fərdi yüklənmələrin seçimi üzrə  komanda həkiminin və məşqçinin işini əlaqələndirməyə imkan verir.

Qısa radiuslu əhatəsi olan  elektrokardioqramın məsafəli monitorinq sistemi həmçinin idmançıların bilavasitə müşahidəsi üçün zalda, stadionda, kəsişən yerdə istifadə oluna bilər. Fiziki yüklənmə zamanı nəfəs alınan və nəfəs verilən havanın qaz tərkibinin məsafədən izlənilmə sistemləri mövcuddur.

Həmçinin oyunçuların oyun funksiyası üzrə paylaşdırılması və vəziyyətlərinin sonrakı analizi imkanı ilə komanda oyununda nəbzin məsafəli müşahidə sistemləri (Polar və Zephir)  istifadə olunur.