• Telefon
    +994 (12) 525-83-07/09/10
  • İş Saatları
    Bazar ertəsi-Cümə 08:00 - 20:00
  • Ünvan
    Olimpiya küç. 4A, Bakı, Azərbaycan

Nevroloji reabilitasiya

  • Əsas
  • Nevroloji reabilitasiya
Image
Neyroreabilitasiya – pasiyentlərin keçirilmiş insult, baş və onurğa beyinin travmatik zədələnməsi, periferik sinirlərin zədələnmələrindən sonra, periferik neyropatiyaları, vertebrogen nevroloji sindromları, uşaq serebral iflici, dağınıq skleroz, Parkinson xəstəliyi, Gentinqton xəstəliyi, hərəkət neyronu xəstəlikləri (yan amiotrofik skleroz,

Proqressivləşən bulbar iflic, proqressiv əzələ atrofiyası), sinir sisteminin irsi xəstəlikləri (torzion disyoniya, beyincik ataksiyaları), polineyropatiyalar, əzələ xəstəlikləri, vertebrogen nevroloji sindromları ilə xəstələrin bərpası ilə məşğul olan tibbi reabilitasiyanın bir hissəsidir.

Sözsüz, formalaşmış nevroloji qüsurun müşahidə olunduğu xəstəliklər üçün (məsələn, insult, baş və onurğa beyinin travmaları) və proqressivləşən degenerativ və irsi xəstəliklər üçün (Parkinson xəstəliyi, hərəkət neyronu xəstəlikləri və s.) məqsəd və vəzifələr müxtəlifdir. Belə ki, insult, baş və onurğa beyinin travmaları, periferik neyropatiyalar və pleksopatiyalar, vertebrogen radikular və spinal sindromlar, uşaq serebral iflicinin daxil olduğu birinci qrup xəstəliklər üçün reabilitasiyanın əsas məqsədi xəstəlik və ya travma nəticəsində pozulmuş funksiyaların tam bərpasının əldə olunmasından və ya bu real olmadıqda – əlilin fiziki, psixi və sosial potensialının optimal realizasiyası, onun cəmiyyətə adekvat inteqrasiyasından ibarətdir.Neyroreabilitasiya hazırda müasir təbabətin prioritet inkişf istiqamətlərindən biri kimi qiymətləndirilir. Bu, ilk növbədə motor qabıqda onun zədələnmələri zaman plastik proseslərin fundamental əsasları sahəsində ixtiralar ilə bağlıdır. Heyvanlar üzərində aparılan neyrofizioloji və neyroanatomik tədqiqatlar, eləcə də insanda beyin kartlanmasının vizualizasiya və digər qeyri – invaziv metodları böyük fərdin beyin qabığının əhəmiyyətli funksional yenidənqurmaya qadir olmasının təkzibedilməz dəlillərini təqdim edib.

Xəstəlikdən asılı olmayaraq, neyroreabilitasiya aşağıdakı prinsiplərə əsasən qurulur:

-
müalicə tədbirlərinin erkən başlaması (xəstənin somatik vəziyyəti və onun şüurunun vəziyyəti imkan verdiyi qədər);
- bütün əlçatan və zəruri reabilitasiya tədbirlərinin tətbiqinin kompleksliyi;
- reabilitasiya proqramının fərdiləşdirilməsi;
- reabilitasiya prosesinin mərhələli şəkildə olması;
- reabilitasiya mərhələləri boyunca davamlılıq və ardıcıllıq;
- sosial istiqamətləndirmə;
- yüklənmə adekvatlığı və reabilitasiya effektivliyinə nəzarət metodlarının istifadə olunması.

MSS zədələnməsi ilə pasiyentlərin neyrodamar reabilitasiyası dörd əsas komponentə əsaslanır:
Tibbi müayinə və ümumi vəziyyətin qiymətləndirilməsi..

Пİlkin müayinə həkimlərə sizin ümumi vəziyyətinizi, fiziki qüvvəni, məhdudiyyətlər və hərəki, psixoloji, sosial, loqoped reabilitasiyasına təsir edən digər vəziyyətləri qiymətləndirməyə imkan verir. Həkimlər sizin ürək – damar xəstəlikləri, insult inkişafının risk faktorlarını qiymətləndirir. Əldə olunan bütün məlumatların əsasında həkimlər məhz sizin üçün təhlükəsiz və effektiv olan fərdi neyroreabilitasiya proqramını tərtib edir.

Hərəki (motor) və sensor pozulmalarının tam və ya qismən bərpası.

Hərəki (motor) pozulmalar – insultun ən sıx və ağır fəsadlarından biridir. Hərəki funksiyaların bərpası əksər xəstələrdə müşahidə olunur; adekvat müalicə gimnastikası və kineziterapiya zamanı hətta kobud hərəkət qüsurları olan pasiyentlər xəstəlikdən ən azı 3 – 6 ay sonra müstəqil ayaq üstə dayanmağa və gəzməyə başlayır. Biz vertikalizasiya və sonradan gəzmə təlimi imkanları olan robotlaşmış lokomotor G-EO kompleksinin istifadəsi zaman əla nəticələr əldə etmişik. 3 – 6 aydan sonra müsbət nəticənin olmaması paretik ətraflarda dərin hissiyyətin itirilməsi və (və ya) xəstənin reabilitasiyaya qarşı aşağı motivasiyasından irəli gələ bilər, bu da çox zaman xəstəliyin ağırlığının lazımi dərəcədə qiymətləndirilməməsi və ya ona məhəl qoyulmaması zaman müşahidə olunur (anozoqnoziya).

Düzgün həyat tərzi təlimi.

Neyrodamar reabilitasiyanın mühüm məqamlarından biri pəhrizdir. Sizə düzgün qidalanmağı və sizin üçün ən uyğun qidanı seçməyi, artıq yağ, duz və xolesterindən çəkinməyi öyrədəcəklər. Sizə insul keçirmiş insanın sağlam həyat tərzi ilə uyğun olmayan pis vərdişlərinizdən, məsələn siqaret çəkməkdən azad olmağa kömək edəcəklər. Sizi ağrı və yorğunluğun öhdəsindən gəlməyi öyrədəcəklər. Məhz düzgün qidalanma artıq çəkidən azad olmağa imkan verir.

Psixoloji dəstək.

Keçirilmiş insult və ondan sonrakı vəziyyət – sizin adi həyat tərzinizi pozan ciddi problemdir. Bu depressiya, narahatlığa gətirib çıxara bilər. Siz işləyə bilmir, adi işlərlə məşğul ola bilmirsiniz. Buna görə də psixoloji dəstək çox mühümdür. Əgər sizdə depressiya varsa, reabilitasiyanın bu mərhələsinə məhəl qoymamaq olmaz, əks halda xəstəlikdən bərpa çox çətin olacaq. Depressiya ilə mübarizə həm dərman terapiyası, həm də fasiləsiz çalışmalardan ibarət ola bilər. Həmin çalışmaların yerinə yetirilməsi sizə xəstəliyi unutmağa və uğurlu bərpaya imkan verəcək və sizə güc və enerji verəcək.