• Telefon
    +994 (12) 525-83-07/09/10
  • İş Saatları
    Bazar ertəsi-Cümə 08:00 - 20:00
  • Ünvan
    Olimpiya küç. 4A, Bakı, Azərbaycan

Manual terapiya

Image
“Manual terapiya” (MT) dedikdə nevroloji, ortopedik, visseral və onurğa, oynaqlar, əzələ və bağ aparatının xəstəlikləri və ya patoloji dəyişikliklərindən irəli gələn digər pozuntuların korreksiyasına yönəldilmiş əl diaqnostik və müalicə üsulları sistemi başa düşülür.
MT-nın istifadəsində göstəriş – onurğanın və ətrafların oynaqlarının xəstəlikləridir ki, bu halda, çox zaman dərman preparatlarının dozasını azaltmağa və ya hətta onları tamamilə ləğv etməyə imkan verərək manual müalicə təsirləri zamanı güclü müsbət nəticə təmin edilir. Digər bərpa tədbirləri ilə kompleksdə (fiziki tapşırıqlar, masaj, vəziyyətlə korreksiya, fizioterapevtik prosedurlar və s.) MT patoloji sindromların aradan qaldırılmasını, onurğa və ətrafların oynaqlarının funksiyalarının normallaşmasını və pasiyentlərin fəaliyyət qabiliyyətinin bərpasını sürətləndirir.

MT-nın məqsədi onurğa və ətrafların oynaqlarının biomexanikasının pozuntularının aradan qaldırılması, onurğa hərəkət seqmentlərinin, oynaqların və bütövlükdə dayaq-hərəkət aparatın normal hərəkətliliyinin bərpası, dinamik stereotipin yenidən qurulmasından ibarətdir.

Məlumdur ki, müəyyən əzələ qruplarında tonusun pozuntusu ətrafların oynaqlarında funksional blokadalarının yaranmasına zəmin yaradır. Bu yalnız məhz oynağın deyil, həm də onu əhatə edən əzələlərin, vətərlərin və bağların hərəkətliliyini məhdudlaşdırır. Tədricən bütün bu toxumalarda distrofik dəyişikliklər artır, trofikanın pisləşməsi baş verir ki, bu da zədələnmiş əzələlərin qısaldılmasına gətirib çıxarır. Oynaqlarda əvvəlcə funksional kontrakturalar yaranır ki, bunları aktiv müalicə prosesində ləğv etmək olar, ağır hallarda isə – orqanik kontrakturalar əmələ gəlir, bu halda oynaq tamamilə hərəkətsiz olur. Hərəkət sistemin zədələnmiş bəndlərinin maneəli funksiyalarını bərpa etmək, əzələ-oynaq disbalansının korreksiyası, hərəkət stereotipin sonrakı normallaşması ilə trofikanın yaxşılaşdırılması üçün mobilizasiya texnikalarından istifadə edilir.