Məsafəli monitorinq

İdmançının vəziyyətinə və məşq prosesinin keyfiyyətinə fasiləsiz nəzarət üçün tele-tibbi kompleks vasitəsi ilə müasir kardio-monitorinq  sistemi istifadə olunur. Bu metodika “onlayn” rejimində İnstitut həkiminə məşqlər və yarışlar zamanı və ürək-damar sisteminin işinin ən kiçik sapmalarının aşkar edilməsi zamanı dünyanın hər hansı nöqtəsində olan bir neçə idmançını müşahidə etməyə, stress səviyyəsini müəyyən etməyə və fərdi yüklənmələrin seçimi üzrə  komanda həkiminin və məşqçinin işini əlaqələndirməyə imkan verir.

Qısa radiuslu əhatəsi olan  elektrokardioqramın məsafəli monitorinq sistemi həmçinin idmançıların bilavasitə müşahidəsi üçün zalda, stadionda, kəsişən yerdə istifadə oluna bilər. Fiziki yüklənmə zamanı nəfəs alınan və nəfəs verilən havanın qaz tərkibinin məsafədən  izlənilmə sistemləri mövcuddur.

Həmçinin oyunçuların oyun funksiyası üzrə paylaşdırılması və vəziyyətlərinin sonrakı analizi imkanı ilə komanda oyununda nəbzin məsafəli müşahidə sistemləri (Polar və Zephir)  istifadə olunur.

AZ RU EN Mobile : +994502634075/77 E-mail : info@itrdi.az +994 (12) 404 83 10/11 FAQ